Sürücüyə qarşı quldurluq etmiş şəxs tutulub

Sürücüyə qarşı quldurluq etmiş şəxs tutulub

3 Avqust 2011 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində naməlum şəxs, Sumqayıt şəhər sakini Uğur Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəyini bildirib. Xırdalan dairəsində həmin şəxs U.Kərimovu əli ilə vurub, 250 manatını və avtomaşınını ondan alıb. Avtomaşın həmin gün saat 06.30 radələrində Binəqədi şosesində saz vəziyyətdə tapılıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Cavid Məmmədov tutulub.

Uğur Kərimova qarşı quldurluq etmiş şəxs uğursuzluğa uğradı.

Tofiq Əliyev

O.M.