400 nəfər 4 saatın içində soyuldu

400 nəfər 4 saatın içində soyuldu

3 Avqust 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Peruda qəribə soyğun hadisəsi baş verib. 15 silahlı şəxs 4 saat ərzində nə az-nə çox 400 adamı soymağı bacarıb. Buna nail olmaq üçün onlar hiyləyə əl atıblar. Belə ki, soyğun qurbanları yaşayış məntəqələrindən uzaqda yerləşən şose yoldan keçənləri blokadaya alıblar. İlk olaraq telefonları əllərindən alınan sürücü və sərnişinlər polisə xəbər verə bilməyiblər. Soyğunçuların əldə etdiyi əşyaların dəyəri isə 180 min dollar təşkil edib.

Bizdə isə bəzi rüşvətxor məmurlar bir saata daha çox adamı soya bilirlər...

Günel Həbib

O.M.