Qanunsuz yolla qızıl keçirməyə cəhd edən azərbaycanlı tutulub

Qanunsuz yolla qızıl keçirməyə cəhd edən azərbaycanlı tutulub

2 Avqust 2011 19:51
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın gömrük məntəqəsində öz şəxsi avtomobili ilə Azərbaycana keçən Gürcüstan vətəndaşı, azərbaycanlı Babək Nağıyev saxlanılıb. APA-nın məlumatına görə, B. Nağıyev avtomobilin gizli yerinə 1 kq qızıl məmulatları gizlədərək gömrükdən keçirməyə cəhd edib. Gömrük əməkdaşları ondan şübhələnərək idarə etdiyi maşını saxlayıblar. Avtomobilə baxış zamanı məlum olub ki, gizli yerdə qızıl məmulatları gizlədilib. B. Nağıyevin təqsiri sübut olunarsa, onu 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sərhəddən qanunsuz yolla qızıl keçirən şəxsin qızıl kimi vaxtı həbsxanada çürüyəcək.

Tofiq Əliyev

O.M.