Bir-birini silahla hədələmiş şəxslər saxlanılıb

Bir-birini silahla hədələmiş şəxslər saxlanılıb

2 Avqust 2011 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərindəki "Həyat" şirkətinin ərazisində oranın sahibi Kamil Abbasovla ona pul borcu olan Sabitlik və İnkişaf Mərkəzinin sədri, Bakı şəhər sakini Rasim Məmmədov arasında münaqişə baş verib. Bu zaman onlar bir-birini silahla hədələmiş, K. Abbasov R. Məmmədovu döymüş, ona məxsus "Toyota Lexus" markalı avtomaşına qismən ziyan vurmuşdur. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Abbasov və R.Məmmədov saxlanılıb. K.Abbasovdan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd pnevmatik tapança, R.Məmmədovdan isə 1 ədəd pnevmatik tapança götürülüb.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.