Kisə-kisə heroin ələ keçirildi

Kisə-kisə heroin ələ keçirildi

2 Avqust 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Amerika ölkəsi Panamada yarım tondan artıq heroin ələ keçirildi. Narkotiklə mübarizə şöbəsinin polisi Havier Karaballo sahil şəhəri Qobeadakı bir yolda park edilmiş halda tapılan yük maşınında heroin aşkarlandığını bildirdi. Yük maşınında hər biri 1 kq olan 633 paketin olduğu, ələ keçirilən heroinin miqdarının ölkə tarixində bir ilk olduğu vurğulandı. Yük maşını Cənubi Amerikadan Şimalı Amerikaya tərəf üz alıbmış. Mövzu ilə bağlı artıq məlumat verilməyib.

İnsanların həyatını zəhərləyənlərin həyatları zəhər oldu.

Günel Həbib

O.M.