Moskvada iki həmyerlimiz güllələnib

Moskvada iki həmyerlimiz güllələnib

1 Avqust 2011 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada silahlı insident baş verib. Naməlum şəxs "Kalaşnikov" avtomatından kafedən çıxan iki azərbaycanlıya atəş açıb.

Atəş nəticəsində döş nahiyəsi və başından güllə yarası alan Əliyev soyadlı azərbaycanlı hadisə yerində vəfat edib. Atəşə reaksiya verərək yerə uzanan Süleymanov soyadlı şəxs isə sarğısından güllə yaraları alıb. O hazırda xəstəxanada həkim nəzarəti altındadır. Qatili tutmaq mümkün olmayıb. Onun "Vaz-2109" markalı maşında hadisə yerində qaçdığı bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Hadisə yerindən qaçsa da, qanundan qaça bilməyəcək.

Tofiq Əliyev

O.M.