Onu bu hala salan adamı bağışladı

Onu bu hala salan adamı bağışladı

1 Avqust 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)
"Qisasa qisas, gözə göz" prinsipinə ayaq uydurmadı

İranda talibi tərəfindən asit turşusu ilə kor edilən qadın son anda əks tərəfi bağışladı və onu kor edilməkdən qurtardı. Mecid Muhavedinin evlənmə təklifini 2004-cü ildə rədd edən Amine Behrami onun tərəfindən asit turşusu (kislota) ilə kor edilmişdi. Məhkəmə Mecid əleyhinə qərara çıxararaq, 2008-ci ildə onun da eyni şəkildə cəza almasını istəmişdi. O cəza anı bu günlərdə reallaşacaqdı ki, şikayətçi tərəf böyüklüyünü göstərdi.

İran dövlət televiziyasındakı xəbərlərin görüntülərində cəzanın veriləcəyi otaqda Mecid dizi üstə oturaraq, kor edilməsini gözləyirdi. Behrami son anda onu bağışladığını və kor etməyəcəyini açıqladı. Sevinc göz yaşlarına boğulan Mecid qadının böyük ürəyə sahib olduğunu açıqladı.

Göz yaşları lal nitqdir.

Günel Həbib