Azərbaycanda Fövqəladə vəziyyət haqqında...

Azərbaycanda Fövqəladə vəziyyət haqqında...

11 Aprel 2011 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Fövqəladə vəziyyət haqqında Fövqəladə Hallar Nazirliyinin operativ məlumatı

11 aprel 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıbdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə iyirmimərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən həmin mənzilə 11-ci mərtəbədəki mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilas olunaraq aidiyyəti üzrə təhvil verilibdir. Əməliyyat 14:30-da başa çatdırıb.

Xaçmaz rayonu, 6-cı Şöbə qəsəbəsində (rayon mərkəzindən 6 km aralı) "HYUNDAI" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Qəza zamanı avtomobilin sahibi bədən xəsarətləri almış və təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılıbdır. Yanğın saat 15:59-da yanğınsöndürənlər tərəfindən söndürülübdür.

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd televizor və rəf yanmışdır. Yanğın zamanı mənzildə olan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 17:03-də yanğınsöndürənlər tərəfindən söndürülübdür.

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıblar.

Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 62 kv.m olan tövlənin yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yanğın zamanı orada olan 1 nəfər yanıq xəsarəti almışdır. Yanğın saat 18.00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-cı mərtəbəsində yerləşən həmin mənzilə damdan enərək pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilibdir.

İmişli rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının həyətində ümumi sahəsi 60 kv.m olan təsərrüfat otağının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülübdür;

Tərtər şəhəri, H.Əliyev prospektində istismarı dayandırılmış neft quyusunda qaz püskürməsi baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Baş verə biləcək yanğının qarşısını almaq məqsədilə yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər. Müvafiq qurumlar tərəfindən iş aparılır;

Bakı şəhəri, Nizami rayonunda yerləşən şadlıq sarayına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

Bakı şəhəri, Suraxanı rayonunda hazırda Füzuli rayonu məcburi köçkünlərinin məskunlaşdığı ümumi sahəsi 600 kv.m olan birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülübdür.

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar.

Şəki şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin tavanının yanar konstruksiyaları tamamilə yanıb. Yanğın saat 22:02-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Səbail rayonunda səkkizmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olubdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaradıblar.

O.M.