10-11 apreldə Azərbaycanda kriminal mənzərə

10-11 apreldə Azərbaycanda kriminal mənzərə

11 Aprel 2011 15:02
1 320
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10-11 aprelə olan KRİMİNAL xronikası

Polisə yalan məlumatı vermiş Göyçay rayon sakini Orxan Həbubullayev saxlanılmışdır


11 aprel 2011

Aprelin 11-də saat 01.07 radələrində özünü təqdim etməyən şəxs Sabunçu qəsəbəsi ərazisindəki taksofondan DİN-in "102" Xidmətinə zəng edərək "Sabunçuda bomba var" deyərək dəstəyi asmışdır.
Dərhal Sabunçu RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində polisə yalan məlumatı vermiş Göyçay rayon sakini Orxan Həbubullayev saxlanılmışdır.


Arvadı Nuranəyə bıçaqla xəsarət yetirmiş Salyan rayonunun Yenikənd kənd sakini Vüqar Məlikov tutulmuşdur


11 aprel 2011

Aprelin 11-də saat 02.10 radələrində Salyan rayonunun Yenikənd kənd sakini Vüqar Məlikov ailə münaqişəsi zəminində arvadı Nuranəyə bıçaqla xəsarət yetirmişdir.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Məlikov tutulmuşdur.


Gün ərzində 58 cinayət faktı qeydə alınmışdır


10 aprel 2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
  • 12 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.


Xaçmaz rayonu Niyazabad kənd sakini Töhfənisə Abasovanı qətlə yetirməkdə şübhəli bilinən mərhumun keçmiş əri Arif Abasov tutulmuşdur


10 aprel 2011

Aprelin 9-da Xaçmaz rayonu M.Ə.Rəsulzadə küçəsində Niyazabad kənd sakini Töhfənisə Abasovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır.
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Arif Abasov tutulmuşdur.


v tüfəngindən atəş açaraq Saatlı rayonunun Qaranuru kənd sakini Vüqar Kazımovu qətlə yetirmiş Rövşən Əliyev tutulmuşdur


10 aprel 2011

Aprelin 10-da Saatlı rayonunun Qaranuru kəndi ərazisində kənd sakini Rövşən Əliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerlisi Vüqar Kazımovu qətlə yetirmişdir.
Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əliyev tutulmuşdur. Ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülmüşdür.


Bakı şəhər sakini Nadir Muradova bıçaqla xəsarət yetirmiş Füzuli rayon sakini Afiq Kamilov tutulmuşdur


10 aprel 2011

Aprelin 10-da Beyləqan rayonunun Qəhrəmanlı kəndi ərazisində Füzuli rayon sakini Afiq Kamilov münaqişə zəminində Bakı şəhər sakini Nadir Muradova bıçaqla xəsarət yetirmişdir.
Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Kamilov tutulmuşdur.


Qaradağ rayonu ərazisində yol-nəqliyyat


10 aprel 2011

Aprelin 10-da saat 13.15 radələrində Qaradağ rayonu ərazisində Quba rayon sakini Xalidşah Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı və Bərdə rayon sakini Pərvin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə X.Mahmudov hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.


Saatlı rayonunun Dədə Qorqud kənd sakini Şəhliyar Ağayevin suda boğulmuş meyiti tapılmışdır


10 aprel 2011

Aprelin 9-da saat 10.00 radələrində Saatlı rayonunun Dədə Qorqud kənd sakini, 8 yaşlı Şəhliyar Ağayev evdən çıxmış və geri qayıtmamışdır.
Aprelin 10-da saat 07.40 radələrində Dədə Qorqud kəndinin ərazisindəki su kanalında Ş.Ağayevin suda boğulmuş meyiti tapılmışdır.


Oğurluq etmiş Lənkəran rayon sakini Nadir Əhmədov tutulmuşdur


10 aprel 2011

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Qala qəsəbəsi ərazisində tikilmiş evlərdən birində kirayədə yaşayan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Əhmədov onunla birgə yaşayan Zərdab rayon sakinləri Dilqəm Əvəzzadəyə və Süleyman Əhmədova məxsus 2 ədəd mobil telefonu və geyim əşyalarını oğurladığına görə tutulmuşdur.


Oğurluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Zülfüqar Əlizadə tutulmuşdur


10 aprel 2011

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Balaxanı qəsəbə sakini Oqtay Məmiyevə məxsus mağazadan 27 manat oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Zülfüqar Əlizadə tutulmuşdur.
Z.Əlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, aprelin 8-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini Vüqar Mustafayevə məxsus mağazadan pəncərəni sındırmaq yolu ilə 250 manat və danışıq kartlarını da oğurlaması müəyyən edilmişdir.


Oğurluğa cəhd göstərmiş Neftçala rayon sakini Zamiq Hüseynov tutulmuşdur


10 aprel 2011

Nərimanov RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Dərnəgül qəsəbəsinin ərazisində Bakı şəhər sakini Vüqar Əhmədova məxsus mərmər sexindən mərmərdən hazırlanmış masanı oğurlamağa cəhd göstərmiş Neftçala rayon sakini Zamiq Hüseynov tutulmuşdur.


Mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini İlkin Əliyev tutulmuşdur


10 aprel 2011

Aprelin 9-da Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsindəki "Neptun" barında Sumqayıt şəhər sakini Tural Vəliyevə məxsus mobil telefon oğurlanmışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Füzuli rayon sakini İlkin Əliyev tutulmuşdur.


Elnur Məmmədova qarşı zor tətbiq edərək ondan 200 manat almış Zöhrab İbrahimov tutulmuşdur


10 aprel 2011

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da Elnur Məmmədova qarşı zor tətbiq edərək ondan 200 manat alıb hadisə yerindən qaçmış Zöhrab İbrahimov tutulmuşdur.


Oğurluqda şübhəli bilinən Sabirabad rayon Qaragünə kənd sakini Valid Əhmədov tutulmuşdur


10 aprel 2011

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-ada Əvəz Muradovun evindən 6.352 manatı oğurlamaqda şübhəli bilinən Qaragünə kənd sakini Valid Əhmədov tutulmuşdur.


Vilayət Bağırova bıçaqla xəsarət yetirmiş Binəqədi qəsəbə sakini Rəhimbala Əsədzadə tutulmuşdur


10 aprel 2011

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın17-də Vilayət Bağırova bıçaqla xəsarət yetirmiş Binəqədi qəsəbə sakini Rəhimbala Əsədzadə tutulmuşdur.


Bakı şəhər sakini Anar Zeynalova məxsus avtomaşının qardaşı Səttar tərəfindən ona xəbər verilmədən aparılması müəyyən edilmişdir


10 aprel 2011

Aprelin 9-da Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisindən Bakı şəhər sakini Anar Zeynalova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır.
Aprelin 10-da avtomaşın Babək prospekti ev 71-in qarşısında tapılmışdır.
Suraxanı RPİ əməkdaşları tərəfindən aparılan araşdırma zamanı avtomaşının A.Zeynalovun qardaşı Səttar tərəfindən ona xəbər verilmədən aparılması müəyyən edilmişdir.


Kürdəxanı qəsəbə sakini Xurşud Bayramova dərmandan, Gəncə şəhər sakini Söylü Aşurova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir


10 aprel 2011

Aprelin 10-da Abşeron rayonunun Kürdəxanı qəsəbə sakini Xurşud Bayramova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Aprelin 10-da Gəncə şəhər sakini Söylü Aşurova evindən dəm qazından

Gün ərzində 56 cinayət faktı qeydə alınmışdır