Bakıda "Mercedes"lə "VAZ-2106"  toqquşub

Bakıda "Mercedes"lə "VAZ-2106" toqquşub

11 Aprel 2011 12:51
1 040
Bəyəndim (0) Bəyənmədim (0)


Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 10-da saat 13.15 radələrində Qaradağ rayonu ərazisində Quba rayon sakini Xalidşah Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı və Bərdə rayon sakini Pərvin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşubdur. Nəticədə X.Mahmudov hadisə yerində ölüb. DIN BDYPİ tərəfindən qəza ilə bağlı araşdırma aparılır.

O.M.