Ər arvadını bıçaqlayıb

Ər arvadını bıçaqlayıb

11 Aprel 2011 12:27
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Salyan rayonunda baş verib

Bölgə müxbirimizin məlumatına görə, Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 11-də saat 02.10 radələrində Salyan rayonunun Yenikənd kənd sakini Vüqar Məlikov ailə münaqişəsi zəminində arvadı Nuranəyə bıçaqla xəsarət yetirib. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Məlikov tutulub.

O.M.