Saatlıda qətl hadisəsi törədilib

Saatlıda qətl hadisəsi törədilib

11 Aprel 2011 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Saatlı rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Qaranuru kənd sakini 30 yaşlı Rövşən Əliyev ov tüfəngi ilə 41 yaşlı həmkəndlisi Vüqar Kazımovu başından güllələyib. V.Kazımov aldığı güllə yarasından yerindəcə ölüb. Hadisə aprelin 10-da saat axşam saatlarında törədilib. Polisə məlumat daxil olan kimi, hadisə yerinə prokurorluq əməkdaşları gəlib. R.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

O.M.