Cavid Hüseynovun şikayəti təmin olunmadı

Cavid Hüseynovun şikayəti təmin olunmadı

31 Avqust 2015 16:49
239

Jurnalist Rasim Əliyevin ölüm işində təqsirləndirilərək həbsə alınan futbolçu Cavid Hüseynovun apelyasiya şikayəti təmin olunmayıb. Musavat.com-un məlumatına görə, bu barədə jurnalistlərə futbolçunun vəkili Adəm Məmmədov məlumat verib.

İdmançının vəkili Adəm Məmmədov bildirib ki, C.Hüseynov özünü günahkar saymır və bu iş üzrə dindirilən şəxslər də onun bu işdən xəbəri olmadığına dair ifadə veriblər.

Xatırladaq ki, C.Hüseynova qarşı cinayəti bilib xəbər verməmə maddəsi ilə ittiham irəli sürülüb. O, avqustun 11-də jurnalist Rasim Əliyevin ölüm işi üzrə həbs olunub.

Daha beş nəfər, o cümlədən idmançının qohumu Elşən İsmayılov həbs olunub. O, avqustun 8-də jurnalisti vəhşicəsinə döyüb. E.İsmayılova qarşı CM-in 126.3 (qəsdən insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) maddəsilə ittiham olunur. R.Əliyev avqustun 9-da xəstəxanada ölüb.

Mediainfo.az