Öldürüb soyuducuya qoyaraq basdırdı

Öldürüb soyuducuya qoyaraq basdırdı

26 Avqust 2015 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öz evində öldürüb soyuducuya qoyub basdıran Hafiz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hafiz Seyidov 2014-cü ilin dekabrın 16-da dostu Əli Seyidovu öz evində dəmir parçası ilə vurub, sonra başına torba keçirərək boğub. Onun cəsədini isə evindəki soyuducuya qoyub və soyuducu ilə birlikdə basdırıb.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Hafiz Seyidovun 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Əli Seyidovun atası Səfər Seyidov buna etiraz edib və H.Səmədovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib: "Bu adam əvvəl də narkotikə görə məhkum olunub. Mənim 13 günlük nəvəm atasız qalıb. Bu cinayətdə əli olan Rəhim məhkəmədən yayınıb. Guya deyirlər əsgərlikdədir, amma hansı hərbi hissədə olduğunu demirlər. Hafiz mənim oğlumu öldürmək üçün pul alıb, onu sifarişlə öldürüb. Rəhim istintaqa ifadəsində deyib ki, Hafizlə soyuducunu aparanda onun içində cəsəd olduğunu bilməyib, soyuducunun ağırlığından şübhələnməyib. Bu adama 20 il cəza verilməlidir".

Bundan sonra təqsirləndirilən Hafiz Səmədov qətlə yetirdiyi Əli Seyidovun atasına müraciət edərək peşman olduğunu deyib: "Mən atasız-anasız seyidəm. Yetimin, seyidin qəlbinə dəyən bir gün mütləq cəzasını çəkər. Səni də mənim cəddim tutacaq, sənə də bir şey olacaq. Sənin oğlunun əcəli ora qədər idi, hər kəsin bir taleyi var. O indi haqq dünyasına qovuşub, orada rahatdı. Amma burda mən, mənim ailəm, onun ailəsi əzab çəkir".

Hafiz Səmədov bildirib ki, hadisədən 2 ay əvvəl evlənib. Əli ilə narkotik qəbul etdikdən sonra o Hafizin arvadı Sevinc Səmədova haqda nalayiq ifadələr işlədib. Davanın başlamasında da bu səbəb olub.

Hakimlər qısa müşavirə elan ediblər, müşavirədən sonra hökm elan olunub. Hafiz Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilib.

Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu RPİ-yə könüllü gələrək Ə.Seyidovu öldürməsini etiraf edib və o, şübhəli şəxs qismində tutulub.

İstintaqla müəyyən edilmişdir ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.

Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına sellofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, "QAZel" markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırib.

Mediainfo.az