Soyğunçulara hökm oxunub

Soyğunçulara hökm oxunub

26 Avqust 2015 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Yelmar Surxayzadə və Xəyal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Y. Surxayzadə 4 il, X. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevralın 10-da iki naməlum şəxs Hüsniyyə Seyidəliyeva adlı qadının içərisində 5 manatı, açar və kosmetik əşyaları olan çantasını soyğunçuluq yolu ilə alıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yelmar Surxayzadə və Xəyal İsmayılov tutulublar.

Mediainfo.az