5 “kişi” 2 qadını soyub

5 “kişi” 2 qadını soyub

26 Avqust 2015 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda soyğunçuluq edən şəxslər polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidməti xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Xavər Məhərrəmovanın 500 manatını soyğunçuluq yolu ilə almış paytaxt sakinləri Əli Şərifov və Həsən Abdullayev tutulublar.

Bundan başqa Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Əfsanə İsmayılovanın qızıl üzüyünü və gümüş qolbağını soyğunçuluq yolu ilə almış Mehdi Əhmədov, Vüsal Həmidov və Yusif Xanquluyev də yaxalanıblar.

Mediainfo.az