Xalça oğrusu həbs edildi

Xalça oğrusu həbs edildi

26 Avqust 2015 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 26-da saat 06:00 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun B.Nuriyev küçəsində yerləşən 29 nömrəli binanın qarşısından vətəndaş Rəşad Qasımova məxsus 2 ədəd 250 manat dəyərində olan xalçaları oğurlayan Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş, 1973-cü il təvəllüdlü Umudov Famil Muxtar oğlunu saxlayıb.

O, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə F.Umudovun üzərinə baxış zamanı 5.36 qram narkotik vasitə olan "marixuana" aşkar edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.

Mediainfo.az