Oğru qadın yaxalandı

Oğru qadın yaxalandı

19 Avqust 2015 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Pirallahı qəsəbə sakininin pul kisəsinin oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 7-də Pirallahı qəsəbə sakini İsmayıl Abbasov RPŞ-yə müraciət edərək içərisində 417 manat, sənəd və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsini itirməsini bildirib.

Araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Mediainfo.az