Qatilə 9 il həbs cəzası verildi

Qatilə 9 il həbs cəzası verildi

12 Avqust 2015 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladırıq ki, qətl hadisəsi 18 iyul 2014-cü ildə Bakının Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qəsəbənin digər sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib. Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elxan Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az