6 uşağını, arvadını və anasını qətlə yetirən şəxs həbs olunub

6 uşağını, arvadını və anasını qətlə yetirən şəxs həbs olunub

5 Avqust 2015 10:09
Bəyəndim (0) Bəyənmədim (0)
Oleq Belov güllə yarası alsa da, xəstəxanada müalicə olunur

Rusiyanın Nijni Novqorod şəhərində altı uşağını, həyat yoldaşını və anasını qətlə yetirməkdə şübhəli bilinən Oleq Belov Vladimir vilayətinin Kovrov şəhərində qayınanasının evində saxlanılıb:

"Saxlanılan an Belov evdə olub. Onun orada pusqu qurduğu, yaxud da, sadəcə, gizləndiyi ehtimal olunur", deyə mənbə bildirib.

Məlumata görə, şübhəli şəxs Kovrovda xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılma yerli sakinlər üçün təhlükəsiz yerdə həyata keçirilib. Saxlanılan zaman Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib. Cinayətkarı zərərsizləşdirmək məqsədilə polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar.

Məlumata görə, saxlanılan şəxs hazırda qarın nahiyəsindən aldığı güllə yarası ilə tibbi müəssisələrin birinə yerləşdirilib.

Oleq Belovun qayınanasının bildirdiyinə görə, kürəkəni ikinci qrup əlil olub və şizofreniya xəstəliyinə görə ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Mediainfo.az