Daşkəsəndə ev oğrusu tutulub

Daşkəsəndə ev oğrusu tutulub

4 Avqust 2015 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsəndə qadının evindən oğurluq edən şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Belə ki, Daşkəsən rayon sakini Məleykə Süleymanovanın yaşadığı evdən qapını sındırmaq yolu ilə 5 500 manat pul oğurlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmyerlisi Kənan Süleymanov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az