Gəncədə gənclər davaya düşüb: bir nəfər qətlə yetirilib

Gəncədə gənclər davaya düşüb: bir nəfər qətlə yetirilib

4 Avqust 2015 10:00
Bəyəndim (0) Bəyənmədim (0)
İnsidentin səbəbi araşdırlır

Ötən gecə Gəncənin Nizami küçəsində kütləvi dava faktı qeydə alınıb. Belə ki, bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində bir nəfər, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Davada bir neçə nəfərin də yüngül xəsarət alaraq xəstəxanaya müraciət etdiyi deyilir. Davanın səbəbləri və neçə nəfərin iştirak etdiyi hələlik dəqiq bilinmir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az