Bakıda dəhşətli  qətl

Bakıda dəhşətli qətl

7 İyul 2011 10:29
793
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda ağır cinayət hadisəsi törədilib. Hadisə zamanı Bakının Sabunçu rayonundakı Ramana qəsəbəsindəki dəmir yolu stansiyasının inzibati binasında 59 yaşlı Novruz Məhəmməd oğlu Mehdiyev qətlə yetirilib. İlkin məlumata görə, naməlum şəxs və ya şəxslər Novruz Mehdiyevin boğaz nahiyəsinə 6 bıçaq zərbəsi vurub.

Verilən məlumatlara görə, qətlə yetirilən Novruz Mehdiyev dəmir yolu stansiyası və ora yaxın ərazilərdən metal tullantıları toplayıb satmaqla ailəsini dolandırırmış. Elə hadisə də onun stansiyada metal tullantıları saxlamaq üçün anbar kimi istifadə otaqlardan birində baş verib. Mərhumun qohumlarının sözlərinə görə, Novruz Mehdiyev günorta saatlarında qətlə yetirilsə də, ekspertlər əraziyə axşam saatlarında gəliblər. Meyit daxili müayinədən keçirilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Allahın verdiyi canı, yalnız Allah ala bilər.

Tofiq Əliyev

O.M.