Həbsxanadan çamadanın içində qaçacaqdı

Həbsxanadan çamadanın içində qaçacaqdı

6 İyul 2011 17:26
671
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada arvadının həbsxanaya gətirdiyi çamadanın içində qaçmaq istəyən məhbus saxlanılıb. Silah qaçaqmalçılığına görə 20 il həbsə məhkum edilən, 2007-ci ildən bu yana "Chetuma" həbsxanasında yatan Tijerine qeyri-adi qaçışa imza atmaq istəyib. Onun planı hazır olduqdan sonra həyat yoldaşı 19 yaşlı Maria del Mar Arjona onu ziyarətə gəlib. O, özü ilə ərinin kirli paltarları üçün bir çamadan da gətirib. Görüşdən sonra zindandan ayrılmaq istəyən və xeyli həyəcanlı olan qadının çamadanı polislər tərəfindən açılıb. Onun içindən Tijerine çıxıb. Məsul işçi Gerardo Campos, "Juan Ramirez Tijerina ana bətnindəki körpə kimi çamadanın içində gizlənmişdi", - deyib. Olaydan sonra Tijerina tutulub və bir daha ona ailəli görüşmə haqqı verilməyəcək.

Qaş düzəltmək istədi, vurub göz çıxardı.

Günel Həbib

O.M.