Oğurluq etmiş şəxs tutulub

Oğurluq etmiş şəxs tutulub

6 İyul 2011 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Mələk Həsənovanın 50 manatının, şəxsiyyət vəsiqəsi və digər əşyalarının Bakı şəhər sakini Tural Rüstəmov tərəfindən alınması müəyyən edilib və o, tutulub.

T. Rüstəmovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyulun 4-də saat 04.00 radələrində Bakı şəhər sakini Nailə Məmmədovaya qarşı zor tətbiq edərək içərisində 110 manat, 20 dollar və 1 ədəd mobil telefonu olan çantasını alması da müəyyən edilib.

Oğurladığı pulları sağlıqla xərcləyə bilmədi.

Tofiq Əliyev

O.M.