Paytaxtda qətl törədilib

Paytaxtda qətl törədilib

6 İyul 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 6-da saat 02.00 radələrində Bakıda, "Çanaqqala" restoranının yaxınlığında qətl törədilib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Təmkin Allahverdiyev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Təmkin Allahverdiyevə qarşı təmkinli olmadılar.

Tofiq Əliyev

O.M.