Bakıda 2 uşaq anası intihar edib

Bakıda 2 uşaq anası intihar edib

8 Aprel 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 51 yaşlı 2 uşaq anası Nərminə Mirzəyeva dərman içərək özünü zəhərləyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın oradaca dünyasını dəyişib. Özünü zəhərlədiyi dərman da məhz onun müalicəsi üçün həkim tərəfindən məsləhət görülmüş dərmanlar olub. Faktla bağlı cinayət işi başlanıb.

O.M.