Xaçmaz rayonunda intihar

Xaçmaz rayonunda intihar

5 İyul 2011 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Xaçmazda intihar hadisəsi qeydə alınıb. 35 yaşlı Nurməmməd Qürbət oğlu Zeynalov yaşadığı evin həyətində özünə çoxsaylı bıçaq zərbələri yetirərək intihar edib. Hadisə yerinə gələn hüquq mühafizə orqanları meyiti ekspertiza şöbəsində müayinə etdikdən sonra ailəsinə təhvil veriblər. İlkin məlumata görə, intihara səbəb Nurməmmədin depressiyaya düşməsi olub. Belə ki, onun arvadı bir müddət əvvəl küsərək uşaqlarını da götürüb Mingəçevirə, atası evinə yollanıb. Bu isə, Nurməmmədə pis təsir edib, o darıxmağa başlayıb, depressiyaya düşüb. Faktla bağlı AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Ailəcanlı olmaq gözəl şeydir. Amma bu qədər də yox.

Tofiq Əliyev

O.M.