Ana və oğula bıçaqla xəsarət yetirmiş şəxs tutulub

Ana və oğula bıçaqla xəsarət yetirmiş şəxs tutulub

5 İyul 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Şəhriyar Abbasov rayon sakini Gülnaz Yusifovanın evində olarkən münaqişə zəminində ona və onun oğlu Xanlara bıçaqla xəsarət yetirib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Abbasov tutulub. Faktla bağlı cinayət işim qaldırılıb.

Adi məişət əşyası olan bıçaqdan hərdən dinc məqsədlərlə istifadə olunmur.

Tofiq Əliyev

O.M.