Qazax rayonunda piyadanı maşın vurub

Qazax rayonunda piyadanı maşın vurub

8 Aprel 2011 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, aprelin 7-də saat 21:00 radələrində Qazax rayonun Xanlıqlar kəndinin ərazisində avtomobil qəzası baş verib. Rayon sakini Emin Mustafayev idarə etdiyi "Ford" markalı avtomobillə kənd sakini Gülnarə Məmmədovanı vurub. Nəticədə G.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb. Qəza zamanı "Ford"da olan Qazax rayon sakini İbrahim Bağırov da yüngül xəsarətlər alıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb. Faktla bağlı Qazax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

O.M.