Məhbus özünə qəsd edib!

Məhbus özünə qəsd edib!

4 İyul 2011 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib! Belə ki, Rövşən Əsədullayev saxlanıldığı müəssisənin hamamında özünü mələfə ilə dəmir borudan asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Xatırladaq ki, 2010-cu ilin payızında Rövşən Əsədullayev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Kəmalə Zərbəliyeva və qayınanası Zərxanım Zərbəliyevanı bıçaqlamışdı. Nəticədə Kəmalə dünyasını dəyişmiş, qayınana isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. R. Əsədullayev daha sonra özünə də xəsarət yetirmişdi. O, törətdiyi cinayətə görə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

14 il məhbus kimi yaşamaqdansa ölümü üstün tutdu.

Könül Aypara

O.M.