Qızları Türkiyəyə aparıb satan qadın həbs olunub

Qızları Türkiyəyə aparıb satan qadın həbs olunub

1 İyul 2011 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi (İAQMİ) tərəfindən Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsin barəsində insan alveri, yəni şəxsin alqı-satqısı (144-1.2.1, 144-1.2.2-ci) maddələri ilə axtarışda olan 36 yaşlı Mərziyyə Məmmədova həbs olunub. M. Məmmədova Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları tərəfindən həbs edilib. Bölmədən verilən məlumata görə, M.Məmmədova bir müddət əvvəl Arzu adlı tanışı ilə qızları aldadaraq Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub. Tanışların əməlindən Könül və Aytəkin adlı qızlar zərər çəkib. Arzu adlı qadın bir müddət əvvəl tutularaq şərti azadlıqdan məhrum edilsə də, Mərziyyə qaçıb Türkiyədə gizlənib. Bölmə əməkdaşları onu Türkiyədə tutaraq İAQMİ-nə təhvil verib.

İncə məxluq kobud iş tutdu.

Tofiq Əliyev

O.M.