Ruhi xəstə anasını öldürdü

Ruhi xəstə anasını öldürdü

1 İyul 2011 12:57
950
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 18:30 radələrində Samux rayonunda dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, rayonun İnstitut qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü İlahə İlham qızı Bayramova anası 1965-ci il təvəllüdlü Sevda Məmməd qızı Məmmədovanı bıçaqla vuraraq öldürüb. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumatlara görə, anasını öldürən qız ruhi xəstədir. Faktla əlaqədar Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Ona həyat verən anasının həyatına son qoydu.

Tofiq Əliyev

O.M.