Avtomobil qarətçiləri tutuldu
Cəlilabad rayonunda oğurluqla məşğul olan şəxslər həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Etibar Təhməzov və Rusif Məmmədov tutulublar.
Onlar yanvarın 6-da Ramiz Nuriyevə, Ramin Əliyevə və Elman Novruzova məxsus avtomobillərdən akkumulyator, magnitofon və təkər oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər