Rusiyada biznesmen həmyerlimiz öldürülüb

Rusiyada biznesmen həmyerlimiz öldürülüb

24 İyun 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 00:45 radələrində Sankt-Peterburqun Frunze rayonunda, Belı Kuna küçəsində 59 yaşlı Azərbaycan əsilli iş adamının cəsədi tapılıb. Cəsədə baxış zamanı məlum olub ki, onun boynu və sinəsinə 3 güllə dəyib. Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqdakı Azərbaycan diasporunun liderlərindən olan Vaqif Məmişov deyib ki, 1962-ci ildə Gürcüstanın Soğanlı kəndində anadan olan Şəmistan adlı həmin şəxsin oğlanları avtomobil biznesi ilə məşğuldur. Şəmistan Sankt-Peterburqda nüfuzlu şəxslərdən biri olub. Vaqif Məmişov Şəmistanın avtomobil biznesi ilə bağlı qətlə yetirilməsini də real saymayıb.

Vaqif Məmişov Şəmistanın yaxınlarının söylədiklərinin də bunu sübut etdiyini vurğulayıb. Şəmistana bu yaxınlarda Sankt-Peterburqun Sofiya bazarında ticarətlə məşğul olan satıcılar müraciət ediblər. Bu bazardakı satıcıların da əksəriyyəti azərbaycanlılardır: "Satıcılar Şəmistana deyiblər ki, bəzi kriminal elementlər onlardan rüsum almaq istəyirlər. Biz həmin qrupların Qafqaz, yoxsa slavyan əsilli olduğunu bilmirik. Satıcılar Şəmistandan onları müdafiə etməyi xahiş ediblər. Tezliklə, Şəmistan satıcıları incidən həmin şəxslərlə görüşüb. Az sonra da öldürülüb. Biz şübhələnirik ki, bu birinci ölüm olsa da, sonuncu ölüm olmayacaq. Çünki Sofiya bazarında nüfuz uğrunda mübarizə gedir".

İş adamının başına iş gəldi.

Tofiq Əliyev

O.M.