Rəfiqə qatili məhkəmə qarşısında

Rəfiqə qatili məhkəmə qarşısında

8 Yanvar 2015 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Nailə Atayevanın məhkəməsi başlayıb.

Məlumata görə, 2014-cü ilin iyunun 17-də A.Mustafayev küçəsində yaşayan 1960-cı il təvəllüdlü Nailə Atayeva yaşadığı evdə şəxsi münasibətlər zəminində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Lalə Vəliyevanın baş nahiyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib. Qətli törətmiş Nailə Atayeva Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək.

Mediainfo.az