"Sədərək" ticarət mərkəzində oğurluq

"Sədərək" ticarət mərkəzində oğurluq

24 İyun 2011 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

DİN Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 23-də "Sədərək" ticarət mərkəzində Nazilə Həsənova və Nicat Mirzəyevə məxsus mağazalardan müvafiq olaraq 1 ədəd yataq dəsti və 1 ədəd elektrik sobası oğurlamış Lənkəran şəhər sakini Fariz Nağıyev və Bakı şəhər sakini Camaləddin Məmmədov tutulub. Verilən məlumata görə, oğurluq hadisəsini törətmiş şəxslər əvvəllər də məhkum olunublar.

Qanun elə bağırdı ki, oğrunun bağrı yarıldı.

Tofiq Əliyev

O.M.