Dindar sərxoşu öldürdü

Dindar sərxoşu öldürdü

6 Yanvar 2015 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

İmişlidə qətl törədilib. Məlumata görə, rayonun Yalavac kəndində 1992-ci il təvəllüdlü Zeynalov Atdıxan Əmil oğlu həmkəndlisi, 1987-ci il təvəllüdlü Usubov Emin Kamil oğlunu bıçaqlayaraq qətlə yetirib.

Hadisə gənclər arasında yaranan mübahisə zəminində baş verib. Bildirilir ki, E.Usubov sərxoş vəziyyətdə A.Zeynalovu təhqir edib. Dindar olan 23 yaşlı oğlan buna dözməyib və bıçaqla həmkəndlisinə çoxsaylı zərbələr endirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. A.Zeynalov polis tərəfindən saxlanılıb.

Mediainfo.az