Oğruya hökm oxundu

Oğruya hökm oxundu

6 Yanvar 2015 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Məhkəməsində oğurluqda təqsirli bilinən Astara rayon sakini Ramin Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramin Axundov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ramin Axundov Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Məlum olub ki, Ramin Axundov 2014-cü ilin yanvarın 24-də paytaxtın M.Arif küçəsində kirayədə yaşadığı evdə otaq yoldaşı, Qazax rayon sakini Gündüz Qarayevin 150 manatını və fotoaparatını oğurlayıb. O, aprelin 26-da Bakı şəhər sakini Əkrəm Məmmədovun etibarından sui-istifadə edərək ondan 8650 manat alıb.

Həmçinin müəyyən edilib ki, Ramin Axundov 2013-cü ilin l iyulun 20-dən Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub.

Mediainfo.az