Astarada ev partlayıb, xəsarət alan var

Astarada ev partlayıb, xəsarət alan var

6 Yanvar 2015 12:26
395
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin saytının yaydığı məlumata görə, Astara rayonunun Məscidməhəllə kəndində partlayış qeydə alınıb. Vətandaşa məxsus, ümumi sahəsi 180 kv.m olan (hər mərtəbəsi 90 kv.m) ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış baş verib. Yanğın olmayıb.

Hadisə zamanı 1-ci mərtəbədə olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb, 1 nəfər müxtəlif xəsarətlər alaraq aidiyyəti üzrə aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mediainfo.az