İntihar edən jurnalist oğlu 12 səhifəlik məktub yazıb

İntihar edən jurnalist oğlu 12 səhifəlik məktub yazıb

5 Yanvar 2015 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
Azər bu cəmiyyətdə yaşama istəmədiyini qeyd edib

Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədov intihar edib. 19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib.

Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib, qapıları bağlayaraq özünü öldürüb.

Mərhumun atası Şahismayıl Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: "O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib".

Ş.Şəmmədoğlu deyib ki, oğlu Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyurdu.

Ş.Şəmmədoğlunun bir oğlu və iki qızı var.

Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.

Mediainfo.az