Bu gün Goranboyda ölümlə nəticələnən yol qəzası baş verdi

Bu gün Goranboyda ölümlə nəticələnən yol qəzası baş verdi

3 Yanvar 2015 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboyda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Balakürd kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin xəsarət almış sürücüsü və avtomobildə olan sərnişin 1963-cü il təvəllüdlü Sərvan İdris oğlu Eyvazovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:55-də başa çatıb.

Mediainfo.az