Başı kəsili tapılan meyit yandırılıb (TƏFƏRRÜAT)

Başı kəsili tapılan meyit yandırılıb (TƏFƏRRÜAT)

30 Dekabr 2014 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

25 yaşlı gəncin qız üstündə öldürüldüyü ehtimal edilir

Bu gün səhər saat 09 radələrində Zərdab rayonu Hüseynxanlı kəndi ərazisində tapılan başı kəsik meyitlə bağlı bəzi təfərrüatları bəlli olub.
Bu barədə rayon hüquq-mühafizə orqanlarında məlumat verilib. Çöllük sahədə meyiti tapılan şəxsin boğazı kəsilib, bədənin bir neçə yerinə kəsici bıçaq zərbələri endirilib. Meyitin aşağı ətrafı isə yandırılıb və tanınmaz hala düşüb.
Onu Zərdab şəhər məscidinə aparıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl itkin düşən rayonun Dəli Quşçu kənd sakini 1989-cu il təvəllüdlü Rəşad İnşallah oğlu Zeynalovdur. Onun valideynləri gələrək meyitin şəxsiyyətini təsdiqləyiblər.
Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir. İlkin versiyalardan biri də hadisənin qısqanclıq zəmnində, qız üstündə törədilməsidir. Cinayətdə şübhəli bilinən şəxslər də var və onların ətrafında istintaq tədbirləri görülür. İstintaq sirri olduğu üçün şübhəli şəxslərin kimliyi barədə məlumat verilmir.
Rayon Prokurorluğundan bildirildi ki, hadisə barədə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Mediainfo.az