Arvadını boğub öldürdü

Arvadını boğub öldürdü

30 Dekabr 2014 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Astara rayonunda ailə münaqişəsi nəticəsində qətl hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, dekabrın 29-da Astara rayonunun Kakalos kəndində İsmayıl Əkbərov yaşadığı evdə qısqanclıq zəminində arvadı Aytəni boğma yolu ilə qətlə yetirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov tutulub.

Faktla bağlı araşdırmalar davam edir.

Mediainfo.az