Prokuror qatilə 15 il iş istədi

Prokuror qatilə 15 il iş istədi

30 Dekabr 2014 14:01
661
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokruror Elvin Mikayılovun 15 il müddətə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Proses yanvarın 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən "Kral" marketinin qarşısında baş verib. Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki dəfə zərbə endirib. İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. "Niva" markalı avtomobillə onu ötüb keçən Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib. Elvin Mikayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ittiham olunur.

Mediainfo.az