Jurnalist Əvəz Zeynallı əfv olundu - FOTO

Jurnalist Əvəz Zeynallı əfv olundu - FOTO

30 Dekabr 2014 11:51
Bəyəndim (0) Bəyənmədim (0)
O, məhbuslara azadlıq arzulayıb

Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. Sərəncam müəssisədə cəza çəkənlərdən beş nəfərə şamil edilib. Onlardan biri də jurnalist Əvəz Zeynallıdır.

Əvəz Zeynallı jurnalistlərə açıqlamasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq arzulayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov müəssisədə əfv sərəncamının icrası mərasimində deyib ki, dünən imzalanan əfv sərəncamı 87 məhkuma şamil edilib. Beş nəfər cərimə cəzasından, üç nəfər isə islah işlərindən azad olunub. Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi 6025 məhkum cəzasının qalan hissəsindən azad edilib.

H. Əlixanov onu da bildirib ki, Əfv Komissiyası ciddi araşdırmalar aparandan sonra həmin şəxslər əfv olunur: "Əfv edilənlərin çox az qismi sonradan cinayət törədir. Bu da onu göstərir ki, onlar ümidləri doğruldurlar".

Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub

Bu müəssisədən isə 10 məhkum azadlığa çıxıb. Sərəncamın icrası jurnalistlərin iştirakı ilə həyata keçirilib.

Mediainfo.az