Narkotacir cəzalandırıldı

Narkotacir cəzalandırıldı

29 Dekabr 2014 18:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Dilqəm Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Dilqəm Hüseynov tutulub. Həmin vaxt onun cibindən 0,210 qram, əlindəki sellofan torbadan isə 2 kiloqram 430 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Dilqəm Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az