Həmkəndlisini öldürən gəncə 18 il iş verildi

Həmkəndlisini öldürən gəncə 18 il iş verildi

29 Dekabr 2014 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə S. Teymurov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il avqustun 13-də Xaçmaz rayonun Qaraqutdu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Məzahir Əliməmmədov bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurov həbs edilib.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Səfər Teymurov bildirib ki, M.Əliməmmədovla şəxsi münasibətlər zəminində mübahisəsi olub. Onun ifadəsinə görə, mübahisə nəticəsində qanlı cinayət hadisəsi baş verib.

Mediainfo.az