27 il həbsdə olan Nəsrullah azalığa çıxan kimi qətl törətdi

27 il həbsdə olan Nəsrullah azalığa çıxan kimi qətl törətdi

29 Dekabr 2014 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Səbael rayonu, Qurban Abbasov küçəsi 5 ünvanının qarşısında qətl hadisəsi baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini, dəfələrlə məhkum olunmuş və 27 il həbs həyatı yaşamış Nəsrullah Zaqidulin münaqişə zəminində 1982-ci il təvəllüdlü İqor Smalinkanı döyüb. Nəticədə İ. Smalinka xəstəxanada ölüb.

Məlum olub ki, İ.Smalinka qeyri-rəsmi yaşadığı Marina Xaritonovanın evinə gəlib və qadın qapını açmayıb. Bundan sonra İ. Smalinka M. Xaritonovanın qapı qonşusu Sevincin evinə zorla girərək ondan Marinaya zəng etməsini və onun qapını açmasını istəyib. Bu zaman Sevincin həyat yoldaşı N. Zaqidulinlə İ. Smalinka arasında mübahisə yaranıb və N. Zaqidulin ona müxtəlif bədən xəsarətləri yetirib. Xəstəxanaya aparılan İ. Smalinka orada ölüb. Hadisəni törədən N. Zaqidulin tutulub.

Mediainfo.az