Rusiyada yaşayan azərbaycanlıya 14 il həbs cəzası verildi - FOTO

Rusiyada yaşayan azərbaycanlıya 14 il həbs cəzası verildi - FOTO

29 Dekabr 2014 11:47
503
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Perm şəhərində taksi sürücüsünün qətlində ittiham edilən azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Məhkəmə 25 yaşlı Vüsal Məmmədova hökm oxuyub. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı cəzasını ağır rejimli müəssisədə çəkəcək. Bundan əlavə, o 30 min rubl cərimə edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən ilin avqust ayında baş verib. Avqustun 13-də axşam saat 22 radələrində Pionersk küçəsindəki yaşayış binasının yaxınlığında taksi sürücüsü ilə Vüsal arasında məişət zəminində mübahisə düşüb. Mübahisə zamanı Məmmədov kustar üsulla hazırlanmış silahdan 5 dəfə atəş açıb. Nəticədə sürücü başından və çiynindən güllə yarası alıb. V.Məmmədov dərhal hadisə yerindən qaçıb. Sürücü isə bir necə gündən sonra yerləşdirildiyi xəstəxanada ölüb. Şübhəli şəxs axtarışa verilib. Onu bu ilin oktyabr ayında saxlamaq mümkün olub.

Mediainfo.az